Əlaqə Arxiv
news Image
2020.04.19
21:48
| A A A
"Oğlumun biznesinə külli miqdarda pul xərclədim" - Brilliant Dadaşova

Xalq artisti Brillint Dadaşova oğlu Cahadın biznesindən danışıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda Əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canı yayımında qonağı olanda deyib. Dadaşova bildirib ki, övladına maddi dəstək olub: 

 

"Külli miqdarda pul xərclədim. Oğlum deyirdi, bu mənim arzumdur, edəcəm. Tələbələrə kömək edir, ödənişsiz hazırlıqlar edirlər. Yaxşı ki, ona kömək etdim. İndi onun həvəsi ilə yaşayıram. Vaxt gələr gənclər deyər ki, müəllimlərə pul xərcləmədən, Cahadın layihəsi ilə oxuduq".

Brilliant daha sonra pəhrizindən söz açıb:

"Son vaxtlar ancaq yeməkdən, kartofdan danışırıq. İndi hamı saçın-başın yolub yemək istəyir. Bir dəfə xalam qızı bizə gəlmişdi. Soyuducunu açıb ki, görüm nə yeyirsən ki, arıqsan. Soyuducunu boş görüb qayıtdı ki, siz milyoner olarsınız... Soyuducumuz həmişə boşdur. Alma, qatıq olur.

Qarnı üçün əlləşənləri başa düşə bilmirəm. Nəfsimizi saxlamalıyıq. Hər şey dərmanlıdır. Çalışıb az yesək, çox yaşayarıq. Xəstəlikdən uzaq olmalıyıq. Dostlarım var yeyirlər, sonra təzyiq, şəkər dərmanı atırlar. İllərdir çörək yemirəm. Ürəyim istəyəndə iyləyib, qoyuram yerə".

Sizin Reklam Yeriniz