news Image
2013.07.12
11:46
| A A A
Röya: “Xumardan xoşagəlməz hərəkət görsəm…”

Müğənni Röya həmkarı Xumar Qədimovanın ünvanına tərif yağdırıb.

Mövqe.az-ın məlumatına görə, ifaçı "Onlar" verilişinə açıqlamasında Xumarın onun üçün mahnı yazdığını deyib.

"Bu bəstəni Xumarın ədasıyla oxuya bilmərəm. Onu çox istəyirəm, bunu mənim ətrafımda hamı bilir. Xumarın qürurlu olmasını, əsəblərinə hörmət etməsini bəyənirəm. Mən də belə insanları sevirəm. Xumar xanım kiminləsə münasibət qurur, görür ki, ona uyğun deyil, aralanır. Qalmaqalla arası yoxdur".

Röya küsəyən olduğunu etiraf edib:

"Mən də Xumar xanım kimi küsəyənəm. Əgər ondan özümə qarşı nəsə xoşagəlməz hərəkət görsəm, üz çevirərəm. Bizim işbirliyimizdə qarşılıqlı hörmət var. Mən kinli insanam,  pisliyi illər keçsə də, unutmaram. Küsdüyüm insan üçün darıxmıram, onu tez unuduram. Kiminsə arxasınca danışmaq, güdmək mənlik deyil. Halbuki, başqaları mənə qarşı eyni hərəkəti edir. Mən heç kimin sözü ilə oturub-durmuram. Özümüm qanunlarım var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs