Əlaqə Arxiv
news Image
2020.04.26
22:40
| A A A
“Kiminsə fəhlə olmağı mənim günahım deyil” - Video

“Virusun gəlişi çox fəsadlar yaratsa da, amma bir çox şeylərdə insanları ayıltdı. İnsanlar biri-birilərini sevməyə başladı, hətta nifrət də oyatdı”.

 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Üçəlli" verilişində qonaq olarkən deyib. İfaçı xüsusi karantin rejimi günlərinin bir çox halların insanlara xeyirli olduğunu da bildirib:

“İndi belə bir hal başlayıb, “Filankəs imkanlı, filankəs imkansız”dır. Məsələn, siz anadan olanda artıq Allah tərəfindən aktyor olacağınız taleyinizə yazılmışdı. Fəhlə olanda, taleyimə fəhləlik düşmüşdü. Biz bunu necə dərk etmirik ki, kiminsə fəhlə olmağı mənim günahım deyil. Kiminsə professor olması da mənim savabım deyil. Bunu bizim üçün Allah yazır. Sən sadəcə olaraq məqsədinə çatmaq üçün irəliləmirsən. Tez həyatdan küsürsən, ruhdan düşürsən. Gəlin, bu məslələrdə biri-birimizə ehtiyyatlı yanaşaq. Bu günlər bitəcək, 1 ay oldu keçdi. Koronavirus dövründə Allah biri-birimizi tanıtmağa imkan verdi. Bu bizim münasibətimizi itirməməlidir. 20-30 manatlıq bağlama yardımlar da bitəcək, yenidən gözəl yaşayacaqsınız. Ruhdan düşmək lazım deyil. Müvəqqəti çətinlikdir, bir imtahandır. Kimsə bundan alnıaçıq, üzüağ çıxır, kimsə....”.

 

Sizin Reklam Yeriniz