Əlaqə Arxiv
news Image
2020.04.30
21:55
| A A A
"Youtube"dan əldə etdiyim gəlirlə ev almışam''

Müğənni Talıb Tale maraqlı etiraf edib.

Mövqe.az ölkə.az-a istinadən bildirir ki, ifaçı ARB televiziyasında yayımlanan ''Ona qalsa'' verilişinin qonağı olub. İfa etdiyi mahnıları ''Youtube'' hesabında yayımlayan Talıb sosial media hesabından yüksək gəlir əldə etdiyini deyib.

''İndi bütün dünyada geriləmə olduğu üçün, təbii ki, ''Youtube''da da var. Bir aya 2 min dollar gəlir əldə edirəm deyə bilərəm. Hətta bir dəfə bu məbləğ bir ay ərzində 4 min dollara çatıb. 2015-ci ildən ''Youtube'' hesabımdan əldə etdiyim gəlirlə ev almışam''.

Qeyd edək ki, Talıb Talenin ''Youtube'' hesabında 600 minə yaxın izləyicisi var.

Sizin Reklam Yeriniz