news Image
2013.07.13
17:03
| A A A
Rafet El Romanın konsertində Aygün Kazımova sürprizi-ÖZƏL
Mövqe.az bir neçə gün bundan öncə Türkiyənin tanınmış müğənnisi, estrada ulduzu Rafet El Roman və Ezonun konsert proqramı ilə Bakıya gələcəyi barədə məlumat vermişdi. İndi isə konsertlə bağlı bir surprizi təqdim edir. Daha doğrusu, konsertin sürpriz qonağının kimliyini hamının nəzərinə çatdırmaq istəyirik. Söhbət Aygün Kazımovadan gedir.

Nəzərinizə çatdıraq ki, Rafet El Roman və Ezonun konsert proqramının özəl qonağı Aygün Kazımovadır. Bu barədə konsertin təşkilatçısı, "Səs Muzic Orqanization"un rəhbəri Nahid Emiloğlu Mövqe.az-a açıqlamasında məlumat verib: " Çox möhtəşəm, fərqli bir şou gözlənilir. Həmin gün gecənin özəl qonağı Aygün Kazımova olacaq. Rafet El Roman şəxsən özü xalq artisti Aygün Kazımovanı konsertə dəvət edib. Tamaşaçıların nəzərinə çatdıraq ki, bu dəfəki konsert müxtəlif performanslar, sürpriz tamaşalar və gözəl musiqilərlə zəngin olacaq".

Qeyd edək ki, "Romantik yay axşamı" adlı konsert iyulun 18-i saat 20:00-da Yaşıl Teatrda keçiriləcək. Konsertin biletlərinin qiyməti 20-80 manat arasıdır.

Konsertin informasiya dəstəkçisi movqe.az saytıdır.