news Image
2013.07.15
11:17
| A A A
Namiq Qaraçuxurlu toyundan danışdı

Meyxanaçı Namiq Qaraçuxurlu nişanlısından ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib. 


Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin" verilişinə açıqlamasında söz-söhbətlərə son qoyub:


"Bunu yazan jurnalisti qınamıram. Bir aralar şəxsi həyatımdan danışdım, nişanlandığımı dedim. Toyun olmadığını gördükdə isə ayrıldığımı düşündülər. Amma hər şey yolundadır, nişanlımdan ayrılmamışam".


Namiq deyib ki, toy etmək məşhur biri üçün asan deyil: 


"Hazırlıq aparmaq çətindir. Sevənlərim narahat olmasın, düşmənlərim isə sevinməsin. Çünki yaxın günlərdə toy olacaq.