news Image
2013.07.15
15:45
| A A A
Diktatorların sevimlisi Cenifer Lopez

Movqe.Az xəbər verir ki, İnsan hüquqları təşkilatı (Human Rights Foundation), məşhur müğənni Cenifer Lopezin indiyə qədər diktatorlar üçün verdiyi xüsusi konsertlərdən 10 milyon dollar (təxminən 7845000 manat) qazandığını açıqlayaraq müğənnini qınayıb. Təşkilat, Lopezin 29 İyunda Türkmənistan lideri Qurbanqulu Berdimuhamedovun doğum günü şərəfinə təşkil edilən ziyafətdə səhnə alaraq liderə "Happy Birthday" mahnısını söyləməsini qınayıb. 

 Lopezin, Berdimuhamedovun Çin Milli Neft şirkəti tərəfindən təşkil edilən doğum günü ziyafətində səhnəyə çıxmaq üçün 1 milyon 500 min dollar aldığı, Rus bürokrat Aleksandrander Yolkinin bir ziyafətində mahnı söyləmək üçün isə 2 milyon dollara  razılaşdığı, lakin konsertdən bir gün əvvəl Yolk həbs edildiyi üçün konsertin ləğv edildiyi açıqlanıb.  "Human Rights Foundation" başçısı Tor Halvorssen söylədiri şərhdə, "J-Lo dünyanın ən pis adamları və onların köməkçiləriylə vaxt keçirərək onları əyləndirir" deyib. Lopezin keçmişdə Rus oliqarxı Telman İsmayılovun bir ziyafətində səhnəyə çıxdığı və Özbək Əzəm Aslanovun da oğlunun doğum günü partisində mahnı söylədiyi bilinir. Human Rights Foundation Lopezi, "Avropanın yeganə diktatorluğu" olaraq tanınan Belarusda da konsert verdiyi üçün tənqid edib.