news Image
2012.05.12
22:58
| A A A
Berdan Mardininin mahnısı "dərman" olub

Məşhur müğənni Berdan Mardini romantik mahnılarıyla Türkiyədə ən çox ehtiyac duyulan romatik müğənnilərdən biri hesab olunub. Movqe.Az xəbər portalının məlumatına görə, "Çək tətiyi" adlı albomu qısa müddətdə böyük marağa səbəb olub və ilk klipini məhz "Çək tətiyi" mahnısına çəkib. Məşhur müğənni və bəstəkar Sezen Aksunun bəstəsi olan mahnı, romantik mahnılar arasında ən çox dinlənilən mahnıdır. Bu səbəbdən musiqi ekspertləri düşünür ki, mahnı insanlar üçün dərman olub.


Qeyd edək ki, B.Mardini bu yay verəcəyi konsert proqramlarında pərəstişkarlarıyla görüşəcəyini deyib.

Fuad Mədətov

Movqe.Az