Əlaqə Arxiv
news Image
2013.07.16
12:55
| A A A
Paytaxtda möhtəşəm model kastinqi-ÖZƏL

Dünən saat 15 :00-da  "Diamond Organization& Agency və "High Life" Fashion&Model Academy’nin birgə təşkilatçılıqı ilə Night Office"də Möhtəşəm Model kastinqi keçrildi.Tədbirin münsiflər heyətində  "High Life" Fashion&Model Academy" prezdenti, Fransada təhsil almış modelyer Mübariz Allahverdizadə, "Diamond" Organization & Agency’nin direktoru təşkilatçı Aqil Məmiyev, "Best Model of Azerbaijan 2008" model müsabiqəsinin qalibi  Səbinə Allahverdiyeva və bu il ölkəmizi "Miss Eurovsion 2013" model yarışmasında təmsil edən Briliant Bəhmənova iştirak etmişdir.Model kastinqi professional modellərin qeydiyyatı və model və aktyor olmaq istəyən gənclərin təhsil proqramı üçün nəzərdə tutulmuşdur. 

Bu haqda daha ətraflı  layihənin təşkilatçısi "Diamond Organization& Agency’nin direktoru Aqil Məmiyev verib:  "Gözlənildiyi kimi, kastinqdə iştirakçılar çox olmuşdur. Iştirakçıların  çox hissəsi professional modellərdən və model, aktyor təhsilini almaq istəyənlərdən ibarət idi.

Seçim turundan keçən içtirakçılar Fashion&Model təhsilini "High Life" Fashion and Model Academy-də alacaqlar. Moda və model təhsili ilə yanaşı, həm də səhnə mədəniyyəti, fotoqraflıq, aktyorluq, dərzi, stilist, imicmeykerlik, vizajist, etiket qaydaları və sair üzrə təlimlərdə keçriləcək.Təlimlərdə dərsi Fransa təhsil almış modelyer akadmiyanın przedenti Mübariz Allahverdizadə keçəcək.Nəzərinizə çatdıraq ki, tədbirdə iştirakçılarla yanaşı, tanınmış modellərdə qonaq kimi iştirak edirdi.Layihənin fotoqrafi uzun illər Türkiyədə yaradıcılıqını davam etdirmiş Rövşən Nazirlidir".

Movqe.az sizə tədbir zamanı çəkilən eksklüziv fotoları təqdim edir: 




Sizin Reklam Yeriniz