news Image
2013.07.16
13:16
| A A A
Çingiz Qənizadə : "Mehriban xanımın titulundan da yüksək bir titulu Ilhamə Quliyevaya kim verib?! "

'İlhamə Quliyevanın nişanları "Binə" və "Sədərək"də 3-5 manata satılır' - Millət vəkili

"Tanınmış sənət adamlarının, 15-ə qədər millət vəkilinin, Azərbaycanın əsl xalq artistlərinin İlhamə Quliyevanın əməllərini tənqid etməsi bir daha mənim haqlı olduğumu sübut edir. Onun taxdığı nişanlar isə "Binə" və "Sədərək" kimi ticarət mərkəzlərində üç-beş manata satılır". Bu sözləri "Yeni Müsavat"a açıqlamasında deputat Çingiz Qənizadə bildirdi.


Onun sözlərinə görə, xalq artisti adını daşıyan yaşlı bir qadının efirdən Nazpəri xanıma xitabən "mən yemirəm, yedizdirirəm" deməsi Azərbaycan xalqını təhqir deməkdir: "Bu gün Alim Qasımov, Rasim Balayev, Fəxrəddin Dadaşov, Nəzakət Teymurova, Mənsum İbrahimov, Teymur Mustafayev, Aygün Bayramova və digər tanınmış sənət adamları İlhamə Quliyevanın əməllərini pisləyən açıqlamalar verdikdən sonra bu qadın yenə də öz bildiyini edirsə, mənim ona sözüm yoxdur. Mən o qadını ədəb-ərkana, etikaya dəvət etmişəm. O isə öz növbəsində başqalarına qarşı həmişə apardığı kampaniyanı, şantaj, şərləmə kampaniyasını mənə qarşı yönəltdi. Hər dəfə də çox cılız şəkildə müsahibələrinin sonunda ulu öndər Heydər Əliyevin, cənab prezidentin adını çəkir, onun əsgəri olduğunu söyləyir".


Daha sonra xanım Quliyevanın statuslarından danışan deputat bu statusların saxta olduğunu bir daha vurğuladı: "Onun "Xalq artisti" və "Şöhrət" ordenindən başqa heç bir titulu yoxdur. Bildirir ki, guya ona BMT- nin sülh səfiri statusu verilib. Bu isə bizim hörmətli ledimiz, Mehriban xanımın titulundan da yüksək bir titul, status deməkdir. Yaxşı, bu statusu kim və nə zaman verib İlhamə Quliyevaya? Yüngül bir döş nişanını göstərərək türk dünyasının sənət kraliçası, dünya sülh səfiri, olduğunu iddia edir. Onun televiziyada göstərdiyi nişanlar "Binə" və "Sədərək" kimi ticarət mərkəzlərində 3-5 manata satılır. Bəzi qeyri-hökumət təşkilatları var ki, məqsədli şəkildə belə statuslar verməklə məşğuldurlar. O statuslardan saysız-hesabsızı mənə də verilib. İndi mən durum hər müsahibələrimin, açıqlamalarımın sonunda o statusları, adları bir-bir açıqlayım və sonda da ora bir millət vəkili sözünü əlavə edim? Amma bu qadın hər müsahibəsinin sonunda bir-bir o saxta statusların adını çəkir ki, bunun da heç bir hüquqi əsası yoxdur. Bütün bunlar onun öz işidir, ancaq heç kim ona haqq verməyib ki, milyonların baxdığı efirdən "mən yemirəm, yedizdirirəm " kimi tərbiyəsiz ifadə səsləndirsin. Ona görə də bu yaxınlarda çox güman ki, onlarla Azərbaycan vətəndaşı bu ifadəyə görə onu məhkəməyə verəcək. Ola bilər ki, onların içində mən də oldum. Çünki o, məlum ifadəsi ilə əslində Nazpəri xanımı deyil, bizləri, Azərbaycan xalqını təhqir edib. Bugünlərdə də öz dediklərindən əl çəkmir. Bunun da əsas səbəbi illərdir hər kəsin onun qarşısından qaçması olub".


Çingiz Qənizadə Quliyevanın onu Müsavatın nümayəndəsi olmaqda ittiham etməsinə də aydınlıq gətirdi: "Bu onun ənənəvi şər-böhtan, şantaj dəsti-xəttinin tərkib hissəsidir. Bu iddiaları ilə guya o mənim imicimə xələl gətirmək istəyir. Ancaq mən qeyd etmək istəyirəm ki, bizim hamımız Müsavat ideyalarına xidmət edən, Müsavatın öncülləri olan, vaxtilə bizim Xalq Cümhuriyyətini quran insanların davamçılarıyıq. Əgər biz bu gün özümüzü o dövlətin varisi elan etmişiksə, təbii ki, müsavatçılıq bizim canımızda, qanımızdadır. Ona görə də heç kim məni buna görə ittiham edə bilməz. Mən heç bir siyasi təşkilatın da üzvü deyiləm. Ancaq bununla yanaşı, cəmiyyətdə baş verən hər hansısa ədəbsizliyə, mənəviyyatımıza zərər verə biləcək hərəkətlərə, gənclərimizin əxlaqını poza biləcək əməllərə göz yuma bilmərəm. Əgər 70 yaşında bir nənə, yaşlı bir qadın internet resurslarından istifadə edib video yayaraq 40 yaşında gənc bir sevgilisi olduğunu bəyan edirsə, bu insana nə ad vermək olar? Mən sadəcə ad tapa bilmirəm. Bu adın verilməsini cəmiyyətin və cəmiyyətin güzgüsü olan jurnalistlərin ixtiyarına buraxıram..."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs