Bred Pit “Muhteşem Yüzyıl”da!
Movqe.Az xəbər verir ki, məşhur aktyor Bred Pit Türkiyədə çəkilən "Muhteşem Yüzyıl" filminin ikinci hissəsinin çəkilişlərinə dəvət alıb. "Hollywood" ulduzu "Harem Al Sultan" bölümündə Süleymanın üz-üzə gəldiyi Avropa şahzadələrindən birinin obrazını canlandıracaq.
Məlumata görə, filmdə iştirakına görə, B.Pit 2 milyon dollar alacaq.
Qeyd edək ki, film Osmanlı İmperiyası dövründündə 46 il hakimiyyətdə olan Sultan Süleyman Qanuniyə həsr olunub.
Fuad Mədətov
Movqe.Az