Əlaqə Arxiv
news Image
2013.07.16
21:00
| A A A
“Böyük sənətkarların qalmaqalı ayıbdı” – Cavanşir

Şou-biznesdə qalmaqalların günü-gündən artmasına bəzi müğənnilər etiraz edib.

Movqe.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan "Gün keçir" verilişinə qonaq olan müğənni Cavanşir Məmmədov sənətçilər arasındakı qalmaqaldan danışıb.

O, bu cür halların heç də xoş olmadığını deyib:

"Son vaxtlar şou-biznesdə bir çaxnaşma yaranıb. Müğənnilər arasındakı qalmaqal xoşəgələn hal deyil, ayıbdır. Guya nəyə, kimə lazımdır bu dava? Onları çox qınayıram bu hərəkətlərinə görə. Biz sənət adamları mehriban olmalıyıq. Mən hər zaman qalmaqaldan uzaq olmuşam.

Sadəcə bu yaxınlarda Firuzə İbadova ilə aramızda söz-söhbət olduğunu göstərdik. Bu isə dost-düşmənimizi tanımaq üçün özümüzün qurduğumuz bir oyun idi".

Sizin Reklam Yeriniz