Əlaqə Arxiv
news Image
2020.05.15
14:35
| A A A
"Pulları ütüləyib üst-üstə yığırdım" - Fatimə

"Elə bir ailədə böyümüşdüm ki, hər şeyimiz var idi. Atam rəhmətə getdi, pis günə qaldıq. Hər şeyimizi itirdik. Ağıllı qadınam. Müğənnilər var ki, nələr qazanıblar, amma kirayədə yaşayırlar. Mən isə işləyirdim, pulları ütüləyib yığırdım. Anam qazanmırdı, mən əziyyətlə qazanırdım. Gündə 10-15 restorana gedib, oynayırdım. Bununla övlad böyütdüm, nə istədi etdim".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Elgizlə izlə" verilişində qonaq olarkən deyib. Sənətçi müğənnilərə söz ataraq, öz həyatından bəhs edib.

Ötən həftə qızı Aydanın övladı dünyaya gələn Fatimə bildirib ki, ona "nənə" deyilməsinə icazə verməyəcək:

"Bu gedişlə nəticə də görəcəm. Anamı təbrik edirəm ki, nəticəsi oldu. Nəvəmin adını Zəhra qoyduq".

 

Sizin Reklam Yeriniz