news Image
2013.07.17
14:50
| A A A
Ancelinadan Bred Pitə tətil icazəsi

Movqe.Az xəbər verir ki, ötən ay xərçəng riski daşıdığı üçün iki sinəsini aldıran Ancelina Coli bu müddətdə onu tək qoymayan Bead Piti tətilə göndərib. Qısqanc olduğu deyilən Ancelina Coli Bred Pitin kişi yoldaşlarıyla tətilə getməsinə icazə verib. Əməliyyatdan əvvəl və sonra ən böyük dəstəyi gördüyü ərini dostlarıyla tətilə göndərən Coli bu müddətdə 6 uşağının bütün məsuliyyətini üzərinə götürüb. "Posh 24"ün xəbərinə görə, Brad Pittin tətil üçün İtaliya və Fransanı seçdiyini söyləyən cütlüyə yaxın bir qaynaq, "Bred üçün son bir neçə ay pis yuxu kimi idi. Ancelinanın artıq özünü daha yaxşı hiss etməsi ilə bir az dincəlmək üçün kişi dostlarıyla tətilə çıxmağa qərar verib. Ancelina isə bu vəziyyəti xoş qarşılayıb "deyə bildirib.