Əlaqə Arxiv
news Image
2013.07.18
11:49
| A A A
Emmanın "onlardan" şikayəti
"Onların kim olduqlarını biləndə heyrətə gəldim"

Müğənni Emma Ələkbərzadə həyat yoldaşı Emillə şəhər gəzintisinə çıxıb. 

Mövqe.az-ın məlumatına görə, yeni ailə quran sənətçi "Onlar" verilişinə açıqlamasında şəxsi həyatından danışıb.

"Bütün günüm evdə keçir, yalnız həyat yoldaşım işdən gəldikdən sonra bir-iki saatlıq dəniz kənarında gəzirik. Məni tanıyanlar yaxınlaşır, gözəl sözlər deyirlər. Bu, sevindirici haldır" - deyə o bildirib.


Müğənni virtual dünyada onu narahat edən məqamlardan söz açıb:


"Sosial şəbəkədən tez-tez istifadə edirəm. Amma çox vaxt məni əsəbiləşdirirlər. Həyatda üzümə gülüb, mehriban olan insanlar başqa adla profil açaraq xoşagəlməz sözlər yazırlar. Onların kim olduqlarını biləndə heyrətə gəldim. Bu yaxınlarda aktrisa Tünzalə Əliyeva haqqında yazılan fikirlərə münasibətimi bildirdim. Səhifəmdə onun müdafiəsinə qalxmışdım. Kimin nə işinə qalıb bir insanın çəkisi? Niyə tanınmış birini bu qədər təhqir edirlər? Belə hallara dözə bilmirəm".

Sizin Reklam Yeriniz