news Image
2013.07.18
11:09
| A A A
Xalq artisti: "İfaçı sənətiylə gündəmdə olmalıdır..."

Xalq artisti Mənsum İbrahimov son günlər adının "İlhamə-Nazpəri olayı"nda hallanmasından narahatdır


Müğənni Modern.az-a açıqlamasında bildirib ki, nə İlhamə Quliyeva, nə də Nazpəri Dostəliyeva haqda pis fikir səsləndirməyib:


"Biz tanınmış adamlarıq, dediyimiz söz min cür yozulur. Mənim fikrim başqa cür çatdırılanda yaxşı olmur. Jurnalist məndən şou əhlinin özünü aparmağıyla bağlı soruşdu. Mən də dedim ki, belə şeylərdən uzağam, onlara baxmıram. Amma bir vətəndaş kimi deyirəm ki, sənət adamı sənətiylə gündəmdə olmalıdır. Mənim adımın İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında baş verən anlaşılmazlıqda tərəf kimi verilməsi xoş deyil. Çünki hər ikisi sənət dostumdur. Bu, onların öz şəxsi işi, şəxsi həyatıdır. Mənim adımın tərəf kimi belə məsələlərdə hallanmağı, hətta efirə çıxmağı məni narahat edir. Demədiyimi niyə yazırsan ki, qardaş?"


M.İbrahimov daha iki həmkarının ismarışını çatdırıb: "Mən şou adamlarının bir-biriylə söyüşməsinə ümumi münasibət bildirmişəm. İstər estrada müğənnisi, istər muğam ifaçısı sənətiylə gündəmdə olmalıdır. Amma bu, o demək deyil ki, fikirlərimi birbaşa bu iki sənətkara yönəltmişəm. Onların hər ikisi sənətkardır. Sizin saytın verdiyi imkandan istifadə edib deyirəm ki, onların hər ikisi mənim sənət dostlarımdır. Bir az əvvəl Aygün Bayramova və Nəzakət Teymurova da mənə zəng vurub eyni fikirləri dedilər. Onlar da bu məsələdə adlarının çəkilməsini istəmirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs