news Image
2013.07.18
15:17
| A A A
“Özümü onsuz təsəvvür etmirəm” – Zülfiyyə

Xalq artisti Zülfiyyə Xanbabayeva prodüseri Nigar Hacızadəyə tərif yağdırıb.


Mövqe.az-ın məlumatına görə, sənətçi  "Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinə açıqlamasında maraqlı etiraf edib:


"Nigarla aramızda güclü mübahisələr olur. Amma bu, aramızda küsülülük yaratmır. Bir-birimizin sözünü uda bilirik. Çünki iş zamanı söz-söhbətin olması normaldır. Onun əməyini itirmirəm. Etiraf edim ki, Nigar olmasaydı, mən də yox idim. İndiyədək bilməmişəm ki, konsertlərimdə maddiyat haradan gəldi, necə təşkil olundu. Hamısını Nigar həll edib. Prodüser müğənninin disk, çanta daşıyanı, qapı açanı deyil. O, sırf maliyyə işlərini etməlidir. Özümü Nigarsız təsəvvür etmirəm".