news Image
2013.07.19
09:53
| A A A
Aygün Kazımovanın Rafet El Romanın konsertinə gəlməməsinin səbəbi açıqlandı-Fotolar

Türkiyənin tanınmış pop ulduzu Rafet El Roman azərbaycanlı müğənni Ezo ilə birlikdə iyulun 18-də "Yaşıl Teatr"da " Romantik yay axşamı" adlı konsert proqramı ilə çıxış edib. Mövqe.az-ın məlumatına görə, çoxsaylı tamaşaçı auditoriyası qarşısında sevilən, alqışlarla müşayiət edilən mahnılar ifa olunub. "Beni aff edermisin", "Kalbinə sürgün", "Sorma neden", "Senden sonra", "Seni sevmiyorum" və digər mahnılar tamaşaçıların coşqun rəğbətinə səbəb olub. 


Konsert proqramı axşam saat 20:00-a təyin olunsa da, bir saat gecikməylə saat 21:00-da başlandı. Tamaşaçıları bir saat intizarda qoyan türkiyəli ulduz aparıcı Nanə Ağamalıyevanın təqdimatından sonra səhnəyə çıxdı. 


Bir neçə mahnı ifa etdikdən sonra , Rafet El Roman hər konsertində birinci sırada birinci yerdə oturan fanatı və "azərbaycanlı Rafet El Roman" (yəni türkiyəli ulduzun azərbaycandakı oxşarı) səhnəyə çıxdı. Rafet El Roman "Yanımda kal" mahnısını pərəstişkarı ilə ifa etdi. 


Daha sonra səhnəyə Ezo çıxdı. Türkiyəli məşhur Ezo ilə tanışlığından danışdı və ondan rica etdi ki, Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin"i ifa etsin. Ezo möhtəşəm səsi ilə bizim "Sarı gəlin"imizi oxudu və ardı kəsilməyən alqışlarla qarşılandı. 

Konsert zamanı türkiyəli məşhur 2 kostyum, Ezo isə bir libasda çıxış etdi. Rafet El Roman romantic ifası ilə yanaşı solo- rəqsləri ilə də tamaşaçıları sevindirdi. Konsert başlayandan bir az sonra R.E.Roman aparıcı Nanə Ağamalıyevanı rəqsə dəvət etsə də, bu rəqs baş tutmadı. Çünki Nanə konserti yarıda tərk edib, getdi. 


Rafet El Roman konsert boyu zarafatları ilə həm tamaşaçılara xoş əhval bəxş etdi, həm də onları romantik ab-havaya köklədi. Sonda isə media əhli ilə konsert təsüratlarını bölüşdü. 


Konsertin ən çox özlənilən və gözlənilən, xüsusi qonağı - xalq artisti Aygün Kazımova isə hamını intizarda qoydu. "Aygün Kazımova nə üçün fəxri qonaq kimi dəvət aldığı konsertə gəlmədi" sualına cavab tapmaq üçün konsertin təşkilatçısı ilə əlaqə yaratdıq: " Konsert əla keçdi. Heç bir problem olmadı. Fəxri qonağımız və Rafet bəyin xüsusi dəvət etdiyi qonaq Aygün Kazımova isə Bakıda olmadığı üçün konsertə gələ bilmədi".