Əlaqə Arxiv
news Image
2013.07.19
13:42
| A A A
Ədalət Şükürovdan səyahətə çıxanlara tövsiyyə

Əməkdar artist Ədalət Şükürov səyahət etdiyi ölkələrdən danışıb.


Axşam.az-ın məlumatına görə, o, "ATV Maqazin" jurnalına açıqlamasında onu heyrətləndirən ölkələrin adını çəkib.


Müğənni Maldiv adasına gedən ilk azərbaycanlı olduğunu deyib:

"Tailand, Braziliya və Kuba məni sözün yaxşı mənasında çox heyrətləndirib. Getdiyim ən gözəl yer isə Maldiv adaları olub. İlk dəfə 1996-cı ildə orada olmuşam. Maldivə gedən ilk azərbaycanlı da mənəm. Hətta bir dəfə Yeni ili də Maldivdə qarşılamışdım".

Ədalət Şükürov səyahətə çıxan məşhurlara tövsiyələr də verib:


"Elə bir hal olmayıb ki, hansısa ölkəyə viza ala bilməyim. Çünki viza almaq üçün bütün şərtləri və qaydaları bilirəm. Hətta səfirlikdə kiminsə viza ala bilmədəyini görəndə, ona sənədlərin yığılmasında məsləhətlər verirəm.

Bileti və oteli özüm bron edirəm. Nadir hallarda turizm şirkətlərinə hansısa səyahət üçün müraciət edərəm.


Getdiyiniz şəhərdə məhəllə uşaqları varsa, onlardan kömək istəyin. Mən Yamayka, Kuba, Şri-Lankaya gedəndə belə etmişdim. Onlar hər şeyi bilir. Bir az pul versən, səni hara istəsən apararlar, hansı məlumatı istəsən verərlər...Müəyyən ölkələr var oraya ailə ilə, elələri də var ki ancaq dostlarla getməlisən. Ən məsləhətli yer Malaziyadır. Ailənizlə Lanqhavi adasına gedin. Dostlarla isə Braziliyaya, İbitsaya və Tailanda getməyə dəyər. İstirahətə kimlə və nə üçün getdiyini bilməlisən".








   

Sizin Reklam Yeriniz