Əlaqə Arxiv
news Image
2013.07.19
16:54
| A A A
"Tez doğulsa, tətilə gedərdim"

Movqe.Az xəbər verir ki, bütün dünya kimi Kraliça II. Yelizaveta da yeni şəhzadənin dünyaya gəlməsini səbirsizliklə gözləyir. O hətta zarafat edərək, "Bu yaxınlarda tətilə gedirəm, tez doğulsa yaxşı olar" deyib. İngiltərə, Şahzadə Uilliam və Düşes Keyt Middletonun doğumu gecikən körpəsini maraqla gözləməyə davam edir. Dünya mediası paytaxt Londonun mərkəzindəki Paddington'a olan St. Mary Xəstəxanası qarşısında düşərgə salmağa davam etsə də, kral ailəsinin hər kəsi aldada biləcəyi də düşünülür. Belə ki, Keyt başqa xəstəxanada da doğum üçün yatmış ola bilər.  Nəvəsinin körpəsinin doğumunu həyəcanla gözləyən Kraliça II. Yelizaveta isə isə hər kəsi çaşdırıb. Kraliça, ötən gün, 10 yaşındakı bir qızın, "Körpə qız ya oğlan olsun istəyərsiniz?" sualına gülümsəyərək bu cavabı verib: "Mənim üçün fərq etməz amma yaxında (Şotlandiyaya) tətilə gedirəm, ona görə tez doğulsa yaxşı olar.

Sizin Reklam Yeriniz