Əlaqə Arxiv
news Image
2020.06.24
15:43
| A A A
Ölən oğlundan danışıb ağladı: "Günah məndə oldu"

Xalq artisti Arif Quliyev 8 il əvvəl dünyasını dəyişən oğlu Fəriddən danışıb ağlayıb.

Axşam.az xəbər verir ki, "5/5" proqramında aktyor övladının ölümündə özünü günahlandırdığını bildirib:

"Ölümündən 11 il əvvəl də məhbus həyatı yaşayıb. Yuxuma tez-tez gəlir. Oturub söhbət edir, məsləhətlər verirəm. İtki ağır bəladır. Elə hallar olur ki, çarpayıda onu axtarıram.  Günahın 99 faizi özümdədir. Yaxşı ata olmuşam, amma... İşim çox olub, fikir verməmişəm. Özümü bağışlaya bilmirəm. Ürəyimdə Fəridə deyə bilmədiyim çox sözlər qalıb. Onu ali təhsilli, xalqına xidmət edən bir cavan kimi görmək istəyərdim. Ana, ata görməmişəm. Axı mən Fəridi ata, qardaş bilirdim. Kimsəsiz adamam, arxa görmək istəyərdim. O da qismət olmadı".

Sizin Reklam Yeriniz