Əlaqə Arxiv
news Image
2020.07.02
14:01
| A A A
Bayram Nurlu cəzalandırıldı - DİN

Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. O, törətdiyi inzibati xətanı etiraf etmiş və bu hərəkətindən peşiman olduğunu bildirib.

Sizin Reklam Yeriniz