Əlaqə Arxiv
news Image
2012.05.14
13:58
| A A A
Toyundan sonra yeni layihəsini təqdim edəcək
Bəstəkar-müğənni Yaşar Yusub ailəsini işinə qatmır

Rüstəm Zeynallının rəhbəri olduğu "Şeron" qrupunun keçmiş solisti, gənc bəstəkar-müğənni Yaşar Yusub yeni layihəsini təqdim etməyə hazırlaşır. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü məlumat verib. Y.Yusub bildirib ki, iyunun 11-də Bakı Caz Mərkəzində "Yaşar Yusub 2012" adlı konsert proqramıyla çıxış edəcək və bundan başqa, həmin günü yeni musiqi albomunu təqdim edəcək.


Müğənni onu da qeyd etdi ki, ailə qurmasına baxmayaraq, yaradıcılıq fəaliyyətinə fasilə vermir və ailəsini işinə qatmır.


Qeyd edək ki, Y.Yusub bu ilin aprelin 16-da ailə qurub.


Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz