news Image
2013.07.25
13:01
| A A A
Şakira azərbaycanlı meyxanaçılarla eyni səhnədə (FOTO)

İntiqam və Ehtiram Rüstəmov qardaşları 28 iyulda dünya ulduzu ilə eyni tədbirdə çıxış edəcək

"Tı kto takoy, davay dosvidaniya" meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları səfərə hazırlaşırlar. Mövqe.az-ın  məlumatına görə, bu barədə Lent. az-a qardaşlar məlumat veriblər: 


"Bizə Rusiyadan dəvət gəlib. İyulun 28-də Moskvaya gedəcəyik. Orada möhtəşəm bir tədbirdə çıxış edəcəyik. Bizimlə bərabər həmin gecədə məşhur müğənni Şakira da olacaq. Onunla eyni tədbirdə çıxış etməyimiz çox yaxşı haldır. Biz də həmin tədbirdə Azərbaycanı təmsil edəcəyik. Yəqin möhtəşəm bir konsert olacaq ".