news Image
2013.07.25
13:49
| A A A
Kıvanç Tatlıtuğ evlilik yolunda

Movqe.Az xəbər verir ki, Kıvanç Tatlıtuğ, yeni sevgilisi Fransız model Florens Eugeneylə addımları iki-iki atır. Təxminən iki aydır birlikdə olan cütlük bir-birlərinin ailəsiylə tanış olaraq evlilik yolunda irəliləyir. Cütlüyün 15 gündür Bodrum-Marmarisə gedib-gəlməsinin səbəbinin ailələr olduğu ortaya çıxıb. Florens Eugene, ailəsini Tatlıtuğla tanış etmək üçün Marmarisə aparıb. Mətbuatdan uzaq dayanmaq istəyən Tatlıtuğ, Eugenenin ailəsini, Datçada Ada Burnu Hotelə yerləşdirib. Tez-tez Datçaya gedərək sevgilisinin ailəsini ziyarət edən Tatlıtuğ, otelə daxil olarkən kaskasını başından çıxarmayaraq tanınmaqdan imtina edib. Eugenenin ailəsi Datçada ayrıldıqdan sonra bu dəfə Tatlıtuğun ailəsi Bodruma gəlib. Tatlıtuğ, sevgilisini ailəsiylə tanış edərək ciddi münasibətdə olduğunu göstərib. Tatlıtuğun atası Erdem Tatlıtuğ isə oğlunun evlənməsini istədiyini söyləyib.