Əlaqə Arxiv
news Image
2013.07.25
18:27
| A A A
Var-dövlətini gözə soxan müğənnilər
Prodüsser Tolik: «Bizim müğənnilərdə bu, görməmişlik halını alıb» Zülfiyyə Xanbabayeva: «Bunlar yaxşı hərəkətlər deyil»

Bu gün şou-biznesin belə demək mümkünsə, üzdə olan bir sıra təmsilçilərinin öyündüyü cəhətlərdən biri malik olduğu ev və avtomobili, bu qəbildən olan digər əşyaları nümayiş etdirməkdir. Ancaq elə sənət adamlarının belə hallara münasibəti birmənalı deyil. Mövqe.az-a açıqlamasında prodüsser Tolik bununla bağlı bildirir: "Türkiyədə belə hallar çox normal qəbul edilir. Məsələn, jurnalistlər müğənnin evinə və ya bağına gedib müsahibə alırlar. Ancaq bizim müğənnilərdə bu, görməmişlik halını alıb. Yalandan çıxıb deyirlər ki, filankəs mənə bu maşını, evi hədiyyə etdi. Halbuki, baxırsan ki, həmin ev müğənnin adına kreditdədir. Bununla müğənnilər özlərini reklam edirlər. Mənim işlədiyim müğənnilərdə yalan deyə bilmərəm, belə hal olmayıb. Amma dostlarımda belə şeylər olur. Onlar düşünürlər ki, əgər mən müğənniyəmsə, bahalı maşın sürürəmsə, bunu görənlər məni toya baha qiymətə çağıracaqlar və düşünəcəklər ki, bu məbləğ həmin müğənniyə dəyər.  Müğənnilər düşünür ki, altlarında 100 minlik maşın olsa, sabah onları yarım saatı 3-5 min manata toya çağıracaqlar. Amma başa  düşmürlər ki, insanlar buna görə onlara pul vermir. İnsanlar üçün onların ifası, mahnıları daha vacibdir. Bahalı maşınla, evlə reklam olunmaq artıq bizdə çox adi hala çevrilib. Əgər televiziya kanalları bunların qarşısını vaxtında alsaydı, onları çəkib göstərməsəydi, həmin müğənnilər də bununla gündəmə gəlməzdilər. Hətta bəzən müğənnilərin aldıqları maşınların qiyməti, markası ilə düzgün göstərilmir. Hamı bilir ki, həmin maşın mağazada 50 mindir, şişirdirlər ki, filan müğənni 178 min avroluq maşın alıb. Camaat da oxuyur və gülür. Belə hallar lazım deyil, xoşagəlməzdir".


Xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva isə qeyd edir: "Hər kəsənin öz işidir. Mənim statusuma və yaşıma yaraşmaz ki, onların bu əməlləri haqqında danışım. Bununla bağlı özləri bilərlər. Kim bunu haqlı bilirsə,  istəyirsə, edir,   özü də bilər. Bunlar yaxşı hərəkətlər deyil. Cəmiyyət də bunu yaxşı qarşılamır".




Sizin Reklam Yeriniz