news Image
2013.07.26
10:24
| A A A
Rəqqasə Fatimə "Indian Party" keçirib

Fatimə Azərbaycanda ilk dəfə olaraq "İndian party" keçirib

Rəqqasə Fatimə Fətəliyeva Azərbaycanda ilk dəfə olaraq "İndian party" (Hind şənliyi) keçirib. Axşam.az-ın məlumatına görə, rəqqasə "Onlar" verilişinə açıqlamasında müsabiqə təşkil edərək hind rəqsini bacaran xanımları bir araya topladığını deyib:


"Münsif kürsüsündə mən və rəqqas İlham Kərimli idi. Gözəl rəqs edən, hind paltarı geyinən yarışmacını birinci seçdik. İştirakçılar arasında ən çox bəyəndiyim isə Xədicə adlı balaca qız oldu. Onun rəqsi tezliklə Bakıya səs salacaq".