Əlaqə Arxiv
news Image
2013.07.26
15:57
| A A A
Kral körpəsinin adı niyə Corc Aleksandr Luizdir?

Movqe.Az xəbər verir ki, Kembric Dükü Şahzadə Uilllyam və Düşes Keyt Midltonun ilk oğlunun adı müəyyən olub: Corc Aleksandr Luiz. Bəs bu ad nə məna daşıyır? Körpənin cinsiyyəti müəyyən olmazdan əvvəl Kraliça Elizabetin ikinci adı olan Aleksandra da favori olan adlar arasında idi. Corc Aleksandr Luiz adlarından biri İngilislər üçün dərin məna daşıyır. Luiz adı xalqa, Luiz Mountbatteni xatırladır. Kraliçanın həyat yoldaşı Şahzadə Filipin dayısı və Britaniya Krallığına daxil olduğu sırada Hindistanın son qubernatoru olan Mountbatten, İrlandiya Respublikaçı Ordusu (IRA) tərəfindən təşkil edilən bir bombalı hücumda öldürülmüşdü.

Mountbattenin atası Şahzadə Luiz Şahzadə Uilliamın babasının babasıydı. Luiz həmçinin Uilliamın ikinci adıdır. Buna əlavə olaraq Fransanın 17-ci kralının adı da Luiz idi. Luiz adı Kral ailəsini nə qədər qürurlandırırsa, Corc da bir o qədər təsir edir.

Sizin Reklam Yeriniz