news Image
2013.07.29
13:59
| A A A
Beyons uşaqlıq şəklini paylaşdı

Movqe.Az xəbər verir ki, dünya turnuri çərçivəsində konsertlər verməyə davam edən Beyons konsertlərindən çox Thumblr hesabında paylaşdığı fotoşəkilləriylə səs gətirib. Ötən gün Türk bayrağı qarşısında dua edərkən çəkdirdiyi fotoşəkiliylə gündəmə gələn Beyons bu dəfə də uşaqlıq fotoşəkilini paylaşıb. Başında qızılı parlaq bir körük, qulağında nəhəng sırğalar və kiçik yaşına baxmayaraq üzündə çox makiyajla fotoşəkilini  paylaşan Beyonsun uşaqlıq fotoşəkili sosial mediada ən çox paylaşılanlar arasında olub. "Daily Mail"in xəbərinə görə, Beyonsun bu fotoşəkili "Diva olacağı hələ uşaq ikən bəlli imiş" şəklində şərh olunub.