Əlaqə Arxiv
news Image
2020.07.29
19:03
| A A A
"Oğlum baş leytenantdır" - Əməkdar artist

"İki oğlum var, hər zaman onlara deyirdim ki, nə istəsəniz alacam, təkcə oxuyun, savadınız olsun. Uşaqlarımın hərəsi iki universitet bitirib".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "7 canlı" proqramında deyib. Övladlarından danışan müğənni bildirib ki, oğlu məmurdur:

"Arzum var idi, istəyirdim böyük oğlum hüquqşünas, balaca müğənni olsun. Həyatda tək arzum forma geyinmək idi, alınmadı. Dedim, uşaqlarımdan birinə qismət olsun. Böyük oğlum bir az işlədi, amma istəmədi. Balaca oğlum Tərlanın gözəl səsi var, amma qoymadım müğənni olsun. Baş leytenant oldu. Dövlət məmurudur. O, o formanı geyinib gələndə gözlərim yaşarır".

Sizin Reklam Yeriniz