Əlaqə Arxiv
news Image
2020.08.02
23:00
| A A A
"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"

"Milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yoxdur. "Day-dayım" və ya sevgilim də həmçinin. Haqqımda danışılan söhbətlərin mənimlə heç bir əlaqəsi yoxdur. Buna əmin ola bilərsiniz".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi yardım üçün ona müraciət edənlərə cavab verib:

"Keçmiş həyat yoldaşlarımdan aliment filan da almıram. Üçotaqlı evdə yaşayıram və 2013-cü ildə alınan avtomobil idarə edirəm. Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarıma xarici məktəb və universitetlərdə təhsil vermişəm (hazırda davam edir). Bunu etdiyimə görə özümə ayrıca hörmətim var. Heç bir müəmmallı gəlirim falan da yoxdur.

Uzun illər məşhur restoranlarla çalışmışam, reklam, ictimaiyyətlə əlaqələr, gecələrin və açılışların təşkilat işləri ilə məşğul olmuşam. Bilirsiniz ki, Fevraldan işlərimiz dayanıb. Buna baxmayaraq mütəmadi və uzun illər yardım etdiyim ailələr var.

Xahiş edirəm, mənə yazıb böyük məbləğdə yardımlar istəməyin. Məmur, bizneswoman, oliqarx deyiləm. Bacardığım qədər yardım edirəm. Hər gün ən az 10-15 nəfər məndən yardım istəyir. 18 yaşımdan reklamsız yardımlar etmişəm.

Sonuncu dəfə aksiya keçirdik, qarşılaşdığım problemləri gördünüz. Bundan sonra yardım aksiyası keçirməyə çəkinirəm, hətta qorxuram da. Sadəcə, tanıdığım ailələrə yardım etməyə imkanım daxilində davam edəcəm".

Sizin Reklam Yeriniz