Əlaqə Arxiv
news Image
2013.08.01
15:40
| A A A
Ərim gözəllik sirrimdir

Movqe.az xəbər verir ki, üç uşaq anası olan məşhur ulduz Culia Roberts, gənclik sirrinin həyat yoldaşı və uşaqları olduğunu söyləyib. Oskar mükafatlı aktrisa Culia Roberts, sadə və təbii gözəlliyiylə diqqət çəkir. Uzun saçları və gülüşüylə ​​milyonları özünə heyran qoyan məşhur ulduz, gözəllik sirlərini belə izah edib:

Hər qadın kimi geyinməkdən və gözəl görünməkdən zövq alıram. İnsanların qarşısına keçib "Cazibədar olduğumu heç düşünmürəm" deyəcək bir qadın deyiləm. Keçmişə nisbətən bu tərz detallara daha çox əhəmiyyət verməyə başladım. Dişlərimi natrium karbonat ilə fırçalıyıram. Bu üsulu atamdan öyrənmişəm. Həftədə beş dəfə yoqa edirəm və müəyyən əzələ bölgələrini nizamlı olaraq işlədən bir proqram tətbiq edirəm. 90 dəqiqəlik proqramdan sonra yerdən qalxa bilməyəcək hala gəlirəm. Yaxın dostum saçımı qısa kəsdi. Marketdə qadınlar məni dayandırıb "Narahat olma tez uzanar" şəklində təsəlli edirdilər. Saçların, insanlar üzərində bu qədər güclü bir təsiri olması çox qəribədir. Pudra kimi bir qoxuya sahib ətirlərdən heç xoşlanmıram. La Vie Est Belle isə tam tərsi bir məzmuna malikdir. Yalnız insanların botoks etdirərək, tək tipli olması xoşuma gəlmir. Hələlik yaxşı genlərimiz var, uşaqlarım və ərimin sevgisini gənclik iksiri olaraq istifadə edirəm.

Sizin Reklam Yeriniz