Əlaqə Arxiv
news Image
2013.08.01
17:15
| A A A
"Ayrılıq" sualına qəzəbləndi

Movqe.Az xəbər verir ki, Kristen Stivart, yenidən ayrıldığı iddia edilən sevgilisi Robert Pattinson ilə əlaqədar sual soruşan jurnalistləri təhqir edib. "Twilight" ardıcıllığında oynadığı rolla adını tanıtdıran gözəl aktrisa Krsiten Stevart çətin günlər keçirir. Filmdəki rol yoldaşı Robert Pattinson ilə yenidən ayrıldığı deyilən Stevart jurnalistlərin Robert Pattinson ilə əlaqədar suallar soruşmasına əsəbiləşib. Bir binadan ayrılarkən görüntülənən Stivart, jurnalistlərlə danışmamaq üçün avtomobilini hazırlasın deyə köməkçisini göndərib. Özü isə bir yerdə gözləməyə başlayıb. Stevart, bu vaxt çöldəki fotoqraflardan biriylə pis sözlü bir dialoqa girib. "Sən bir axmaqsan" deyə qışqıran Stivartdan fotoqraf "Niyə elə deyirsən" deyə soruşub. Daha da əsəbləşən aktrisa "Sən mənimlə eyni havanı tənəffüs etmə haqqına malik deyilsən " deyə qışqırıb. Fotoqraf "Robert Pattinsonla yenidən birlikdə bilərsinizmi" sualını soruşduqda Stivart hirs içində sürətlə avtomobilinə doğru gedib.

Sizin Reklam Yeriniz