Əlaqə Arxiv
news Image
2013.08.01
22:00
| A A A
“Toppuş bacı” boşandı?!

Hamının televiziya ekranından "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə Əliyevanın toyundan hələ iki ay keçməmiş boşanma xəbəri yayılıb.

Mövqe.az-ın Press24.az-a istinadən məlumatına görə, dünən ATV telekanalında yayımlanan "Ümid var" proqramında qonaq olan aktrisa ailəsinin dağılması ilə bağlı xəbərlərə münasibət bildirib.

"Bütün bu şayiələri gözü götürməyənlər yayırlar. Amma anlamırlar ki, belə yersiz söhbətləri ilə təkcə mənə yox, ailəmə, həyat yoldaşımının yaxınlarına da mənəvi zərər vururlar. Boşanma xəbəri qaynanama qədər gedib çatıb. Bərk narahat olub bizə zəng vurub. Hər şeyin qaydasında olduğunu deyib onu güclə sakitləşdirmişik. Həqiqətən hər şey qaydasındadır. Yoldaşımdan da, ailəsindən də razıyam. Allhıma minnətdaram ki, məni belə gözəl insanlarla mükafatlandırıb. Həyat yoldaşım başımın tacıdır" - deyə aktrisa onu sevənlərə narahatlığa heç bir əsas olmadığını bildirib.

Sizin Reklam Yeriniz