news Image
2013.08.02
11:20
| A A A
Meyxanaçı Namiq seriala çəkilir

Mövqe.az-ın məlumatına görə,meyxanaçı Namiq Qaraçuxurlu "Toy gecəsi" serialına çəkilir. Bu haqqda  sənətçi özü İnstaqram sosial şəbəkəsində yazıb. 

O, bir çox seriala dəvət aldığını, onlar arasından yalnız bir ssenarini bəyəndiyini qeyd edib:

"Azərbaycanda çəkilən bir çox serialdan dəvət almışam. Heç kimin zəhmətini aşağılamaq fikrim yoxdur. Sadəcə təklif olunan obrazda özümü görmədiyim üçün imtina etmişəm. Nəhayət, məni tərpədən ssenari və obrazla qarşılaşdım. Oktyabrdan "Toy gecəsi" adlı serialda Murad obrazı ilə qarşınıza çıxacam. Bu serialın uğurlu olacağına çox inanıram. Bu xəbəri ilk olaraq sevənlərimlə burada bölüşmək istədim".

 

Nəzərinizə çatdıraq ki, "Toy gecəsi" serialının rejissoru Yaşar Əhmədovdur. Serial üçün kastinqlər davam edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs