Əlaqə Arxiv
news Image
2013.08.06
13:30
| A A A
Həmkarlarından erotik səhnəyə çəkilən akrirasaya...YENİLƏNİB-VİDEO-EKSKLÜZİV

"Çəkilmişəm, əcəb eləmişəm, kimə nə dəxli var? Neçə gündür ki, jurnalistlər başımı dəng eləyiblər ki, bu nə videodur? Başqa gördüyüm işlərdən niyə yazmırlar, amma bu səhnəni əllərində bayraq ediblər? Özüm bilərəm". 

Mövqe.az xəbər verir ki, tanınmış aktrisa Vəfa Zeynalova Publika.Az-a rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi "İlahi məxluq" filmində erotik səhnəyə çəkilməsinə münasibət bildirərkən belə deyib.

                              ***

Mövqe.az eksklüziv olaraq aktrisa Vəfa Zeynalovanın erotik filmə çəkilməsi ilə bağlı həmkarlarının fikirlərini öyrəndi:



Xalq artisti, aktyor Rasim Balayev: "Bu aktrisadır. Pis baxmıram. Aktrisa üçün normaldı. Pis fikri olsaydı gedib, gizlində edərdi. Necə deyərlər incəsənət qurban tələb edir. O da ona görə, çəkilib". (gülür).


Rejissor Kənan MM: Vəfa mənim tələbə yoldaşım olub. Onu yaxşı tanıyıram. Aktrisanın elə filmə çəkilməsi yerinə və məkanına bağlıdır. O, səhnəyə baxdım elə də açıq-saçıq səhnə yoxdur. Əgər olsaydı Vəfa çəkilməzdi. Aktirisanı buna görə qınamaq düzgün çıxmır. Dəstəkləyirəm. Qətiyyən qınamıram.


Aktrisa, əməkdar artist Naibə Allahverdiyeva: " Teatr, kino həyatın güzgüsüdür. Həmin kinolarda, tamaşalarda insan obrazları yaşayırıq. Niyə qınayırlar ki Vəfanı?! Necə olur biz Ancelina Colli üçün ölürük( mən ölmürəme) amma özümüzküləri qınayırıq. Məgər Türkiyənin, Amerikanın aktyorları, aktrisaları belə filmlərə çəkilmirlər?! Xeyr ola bizimkilər özlərini onlara bənzədirlər, şəkillərini paylaşırlar ancaq Vəfanı qınayırlar. Əcəb şeydi... Ona qalanda çox şeylər var, adam danışmaq istəmir. Əgər o film üçün lazımsa aktrisa bunu edib. Burda utanmalı nə var ki, bu onun sənətidir. Əksinə buna yaxşı baxmaq lazımdır. Məsələn sabah məni bir filmə çağırsalar, lazım olsa mən başımı da keçəl qırxdıracam. Əgər obraz onu tələb edirsə... O da, həmin filmdə Vəfa deyil sadəcə obrazdır. Filmdə o başqa bir obraz yaradıb. Mən vəfaya dəstəyəm. Qınamıram. Getsinlər türkləri qınasınlarda. Mən özüm də Fosforlu Çevriyyə obrazına çəkiləndə, məni qınayırdılar. İndi hamı küçədə lüt gəzir də... İndi baxanlar məni o filmə görə alqışlayırlar, amma o dövrdə qınayırdılar".




Sizin Reklam Yeriniz