Əlaqə Arxiv
news Image
2013.08.07
13:08
| A A A
Emin Ağalarov tanınmasında qayınatasının prezident olmasının təsirini görmür
"QAYINATAM PREZIDENT OLMASAYDI DA, EUROVISIONDA ÇIXIŞ EDƏRDIM"

Çərşənbə axşamı Londonun Metro qəzetində nəşr olunan müsahibəsində Emin Ağalarov Bakıda keçirilən Eurovision mahnı müsabiqəsində çıxış etməsindən, aldığı ən bahalı əşyadan və Dünya Gözəli müsabiqəsinə yanaşmasından danışıb.

Axşam.az BBCazeri-yə istinadən xəbər verir ki, Emin "Eurovision"ın intervalında çıxış etməyin gözəl təcrübə olduğunu, karyerasının başlamağında isə rolu olmadığını deyib:

"Bəzi adamlar deyir ki, bu çıxış imkanını sizə prezidentin kürəkəni olduğunuza görə veriblər. Bunun rolu olubmu" sualına cavab olaraq isə o deyib ki, bu çıxış Azərbaycanda "ən böyük sənətçi" olmasının "rasional, məntiqli" nəticəsi idi.

"Mən Azərbaycanda ən böyük sənətçiyəm. Əgər qayınatam prezident olmasaydı da, mən bütün hallarda orada (Eurovision müsabiqəsində) olacaqdım. İki interval oldu, mən onlardan yalnız birində çıxış etdim. Mənim orada iştirakım rasional və məntiqli idi", Ağalarov deyib.

Miss Universe faktoru

Emin Ağalarov hazırda Amore adlı yeni mahnısını təbliğ etmək üçün Britaniyadadır və mahnının klipində Dünya Gözəli 2012 seçilmiş Olivia Culpo çəkilib.

Müsahibədə həmçinin Dünya Gözəli müsabiqələri və Olivia Culpo-nun klipdə çəkilməsi barədə danışılır.

"O, möhtəşəm və çox dəstəkləyici insandır. O, klipdə çəkildi və onu təbliğ etmək üçün Rusiyaya gəldi. Gələn Dünya Gözəli müsabiqəsi Moskvada keçiriləcək deyə bu, məntiqlidir."

Eyni zamanda qeyd olunur ki, bu müsabiqə cənab Ağalarova məxsus olan məkanda keçiriləcək.

Etirazlara yanaşma

Gözəllik müsabiqələrinin "mübahisəli" olması barədə fikirlərə münasibət bildirən müğənni deyir ki, Dünya Gözəli müsabiqəsinin "mükəmməl reputasiyası var".

"Gözəllik müsabiqəsinə qarşı necə etiraz etmək olar? Əminəm ki, etirazlar heç baş verməyəcək. Belə bir şeyin baş verməsi barədə heç eşitməmişəm."

Potensial etirazçıların həbsilə bağlı isə cənab Ağalarov deyir ki, bu, onların "necə etiraz etdiyindən asılıdır".

"Göztərişə uyğun olaraq etiraz etsələr zənn edirəm ki, həbs olunmayacaqlar, pəncərələri qırsalar, zənn edirəm ki (həbs) olunacaqlar. Müsabiqə Britaniyada keçirilsəydi də belə olardı - hər şey ölkədən asılıdır."

Emin Ağalarov həmçinin aldığı "ən ekstravaqant" əşya barədə sualı cavablandıraraq Harley Davidson motosikletini qeyd edir.

"O qədər çox ekstravaqant alışlar etmirəm", o deyir.

Sizin Reklam Yeriniz