news Image
2013.08.12
14:39
| A A A
İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi
Xalq artisti daha çox pul istəyir

Xalq artisti İlhamə Quliyeva digər xalq artisti Nazpəri Dostəliyevanı yenidən məhkəməyə verib. Bu barədə AzNews.az-a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. O bildirib ki, İ.Quliyeva N.Dostəliyevadan verdiyi şikayətlə bağlı birinci instansiya məhkəməsinin qərarından narazıdır. Vəkil deyib ki, məhz bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər: "İlhamə xanım apelyasiya şikayəti verdi ki, 50 min manat azdır. Biz bu işlə əlaqədar yüksək məbləğ qoymuşduq. Nazpəri Dostəliyevanın daha çox cərimələnməsini tələb edirdik. Amma məhkəmə cəmi 50 min manat cərimə kəsdi. Biz bu məbləğlə razı deyilik. Tələbimiz cərimə məbləğinin tam ödənilməsi ilə bağlı qərar çıxarılmasıdır".


Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb olunmuşdu. Nəsimi rayon Məhkəməsi isə N.Dostəliyevanı 50 min manat cərimələmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs