Əlaqə Arxiv
news Image
2020.09.24
20:42
| A A A
"Əvvəl bir köynəyə 2 min verirdim, indi isə..."

"Hər zaman çalışırdım ki, brend geyinim. Hətta xaricdə belə ən bahalı və brend geyimləri seçirdim".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Xəbər ətər" proqramında deyib. O bildirib ki, bir vaxtlar bahalı geyimlərə üstünlük verirdi:

"Əvvəllər bir köynəyə 1500-2000 verməyi düşünürdüm. Doğrudan da mənim ağlım olmayıb. Bəzi insanlarla rastlaşanda baxırsan ki, brend geyinsə də əynində əski parçası kimi görünür. Elə adam da var ki, adi 30-40 manatlıq bir şey geyinsə də gözəl və sanballı görünür".

Günel daha sonra bəzi sənət adamlarını tənqid edib:

"Tamaşaçılar elə bilir müğənnilər super yaşayır. Bu da özünü reklam edən müğənnilərə görədir: ay mənim villam, bahalı maşınım. Çoxu da özününkü deyil. Bir söz yazan kimi camaat başlayır ki, sizə nə var ey, yaşayırsız. Bizim də sıxıntımız, maddi ehtiyacımız olur".

Sizin Reklam Yeriniz