news Image
2013.08.13
13:47
| A A A
Erotika qalmaqalı: Vəfa Zeynalovanın əri danışdı
Mövqe.az dünən "İlahi məxluq" filmində çəkildiyi erotik səhnəyə görə son zamanlar gündəmdə olan aktrisa Vəfa Zeynalovanın boşandığı xəbərini yaymışdı. Belə ki, mövqe.az-a Vəfa Zeynalovanın adının açıqlanmasını istəməyən  həmkarının dediyinə görə, aktrisanın həyat yoldaşı Samir Rzayeva aktrisanın erotik səhnəyə çəkilməsi xəbərini dözümsüzlüklə qarşılayıb. Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatıb və məhkəməyə müraciətlə yekunlaşıb.
Ancaq bu gün Samir Rzayev Facebook sosial şəbəkəsində məsələyə münasibət bildirib və heç bir söz-söhbətin onların sevgisinə mane ola bilməyəcəyini qeyd edib.
Samir Rzayev Facebook-da Vəfa Zeynalovaya müraciət edərək aşağıdakı sözləri yazıb:
"Həyatım! Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir! Sən Mənim həyatımsan, balalarımın anasısan. Səni çox istəyirəm! Fikir vermə, öpdüm".

mövqe.az sizə həmin statusu olduğu kimi təqdim edir: 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs