Əlaqə Arxiv
news Image
2013.08.13
17:22
| A A A
Müğənnilərimiz niyə xaricdə konsert üzünə həsrət qalıblar?
Rüfət Axundov: «Bizdə elə bir təşkilatçı yoxdur ki, xaricdə bizim hər hansı bir müğənninin piar kampaniyasını qursun»

Maestro Ceyhun: "Bizimkilər disklə konsert verməyə öyrəşiblər"


Bu gün ayrı-ayrı xarici ölkələrdə konsert proqramı ilə çıxış edən azərbaycanlı müğənnilərin sayının kifayət qədər az olması danılmaz həqiqətdir. Halbuki, azərbaycaan gələn əcnəbi müğənnilərin sayı yetərincədir və onların da demək olar ki, hamısının konserti anşlaqla keçir. 

Məsələyə münasibət bildirən  estrada müğənnisi Rüfət Axundov qeyd edir: " Türkiyədən olan sənət adamları, digər xarici müğənnilər bu gün çox rahatlıqla gəlib Azərbaycanda konsert verir və konsertləri də anşlaqla olur. Bu səbəbsiz deyil. Çünki onları bura gətirən təşkilatçılar əmək sərf edir. Onların piar kampaniyasını güclü qururlar. Ancaq bizdə elə bir təşkilatçı yoxdur ki, xaricdə bizim hər hansı bir müğənninin piar kampaniyasını qursun və onun konsertini orada yüksək səviyyədə təşkil etsin. Düzünü desək, heç bir xarici müğənni 6-7 saat canlı ifa edə bilməz. Amma bizim müğənnilər bunu bacarır. Ona görə deyrəm ki, təşkilatçılar olsa, hər şey yaxşı olar. Çünki bizim müğənniləri xaricdə çox sevirlər, bəyənilər və tanıyırlar. Tanınmayan müğənniləri də 3-5 ilə tanınması mümükündür. Çünki bizim musiqi, mədəniyyət  çox inkişaf edib. Bizim musiqimizi, muğamımızı bütün dünyaya bəyan edən o cür dahi sənətkarımız - Alim Qasımov var. Bütün dünya ondan danışır. İstəsək, hər şey mümkündür".

Məşhur skripka ifaçısı Maestro Ceyhun isə Mövqe.az-a xaricdə konsert verməyin heç bir problem olmadığını dedi: "Şəxsən mənim üçün xaricdə konsert vermək heç də çətin deyil. Konsert təşkil olunur və mən də yüksək qonararla konsertimi verirəm. Konsertimi oranın əsl produsserləri, təşkilatçıları təşkil edir. Xaricdə konsert vermək asan iş deyil, amma mümkünsüz də deyil. Sadəcə bunun üçün əsl sənət sahibi olmalısan. Bizimkilər disklə konsert verməyə öyrəşiblər. Ancaq orda elə şey keçmir. Həm bizim müğənnilərin xaricdə konsert verə bilməməsini səbəbi musiqi sektorunun olmaması, onların xaricdə tanınmaması ilə bağlıdır. Konsert üçün orkestr, musiqiçilər lazımdır. Ona görə mən öz adımdan deyə bilərəm ki, dünyanın hər yerində konsertlərim çox uğurla keçir və yüksək, məni qane edən qonarar əldə edirəm. Soncu dəfə elə Litvada gözəl konsert proqramı ilə çıxış edib, qayıtmışıq".


Sizin Reklam Yeriniz