Əlaqə Arxiv
news Image
2013.08.14
15:55
| A A A
Xalq artisti Kəlbəcərlə Kaliforniyanı səhv salıb-AÇIQLAMA-ÖZƏL

"Xəzər" Tv-də yayımlanan "Bizim gün" verilişində maraqlı hadisə yaşanıb.

AZXEBER.COM-un məlumatına görə, verilişin qonaqları Azərbaycanın xalq artisti Səməd Səmədov və Elmira Ələkbərzadə olub.

Verilişdə söhbət yay istirahətindən düşüb, aparıcı Elmiraya harada istirahət edəcəksiniz?-sualını verib, müğənni isə qeyd edib ki, bu yay Makedoniyada istirahət edəcək. Bu yerdə söhbətə müdaxilə edən Səməd Səmədov hər kəsi şoka salan sözlər deyib: "Mən eşitmişəm ki, Elmira xanım bu yay Kəlbəcərdə dincəlmək fikrindədir".

Müğənni isə cavab verib ki, "mən Kəlbəcərdə heç olmamışam". Bu yerdə söhbətə müdaxilə edən aparıcı vəziyyətdən çıxış yolu tapıb: "İnşallah, torpaqlarımız, o cümlədən də Kəlbəcər azad edilər və biz də Kəlbəcərdə dincələrik".

Qeyd edək ki, xalq artisti Səməd Səmədovun işğal olunmuş torpaqlarımızı tanımaması halı ilk dəfə deyil.

Xalq artisti Səməd Səmədov "Xəzər" televiziyasında yayımlanan "Bizim gün verlişində" dediyi şok fikirə Mövqe.az vasitəsilə açıqlama verib: "Bizim gün"verlişində Emma Ələkbərzadə ilə birgə qonaq oldum. Aparıcı sual verdi ki, ən gözəl istirahət etmək üçün hansı ölkə daha yaxşıdır? Mən də cavab verdim ki, Bodrum çox yaxşıdır. Emma Ələkbərzadə isə dedi ki, xeyr Kaliforniya daha yaxşıdır. Mən öz fikrimi dəyişdim, dedim, ən yaxşı yer Kəlbəcərdir. Bunu ona görə dedim ki, ora işğaldan azad olunandan sonra gedib, orada dincələk. Çünki ən gözəl istirahət yeri məhz Kəlbəcərimizdir. İşğal olunduğunu mən də bilirəm. Ancaq Kəlbəcər gün gələcək azad olunacaq. Həm Kəlbəcər və Kaliforniya ikisi də "ke" hecası ilə başlayır fikir verirsiz ?! O səbəbdən çaşdırdım. Mən Emma Ələkbərzadəyə də söz atmamışam. Sizə səhv məlumat veriblər. Səməd Səmədov bilir kim kimdir və Kəlbəcər də, işğal altındadır".

Sizin Reklam Yeriniz