news Image
2013.08.14
18:25
| A A A
Firəngiz Mütəllimovanın qızı var imiş?!

Xalq artisti Firəngiz Mütəllimovanın sosial şəbəkələrdə "qızım" deyə təqdim etdiyi gənc xanımın kimliyi bəlli olub.


Axşam.az xəbər verir ki, övladı olmayan aktrisanın belə müraciəti hər kəs tərəfindən maraqla qarşılanıb.


O, axşam.az-a açıqlamasında Gülarə adlı gəncin onun bacısı qızı olduğunu deyib:


"Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onun balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm". 


Hazırda Qəbələdə istirahət edən Firəngiz Mütəllimova bu yay xaricə gedə bilmədiyini deyib:


"Bu il Gülarə universitetə imtahan verdi. Başım ona çox qarışdığından ancaq Azərbaycanda istirahətə imkan tapa bildim".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs