Əlaqə Arxiv
news Image
2013.08.16
14:15
| A A A
Elvis Presli cəsus imiş

Sənətçinin cəsus olduğu ilə bağlı iddianı oktyabrda yayımlanacaq "Letters Of Note" adlı kitab ortaya atıb


1960-cı illərin əfsanə sənətçisi Elvis Preslinin dövrün prezidenti Riçard Niksondan ABŞ-ı hippilərdən, kommunistlərdən və "Beatles" qrupundan qorumaq üçün rəsmi agent kartı aldığı ortaya çıxıb. Mövqe.az-ın xarici mətbuata istiadən verdiyi məlumata görə, musiqidə "Rokun rollun kralı" adlandırılan sənətçinin cəsus olduğu ilə bağlı iddianı oktyabrda yayımlanacaq "Letters Of Note" adlı kitab ortaya atıb. 


İndidən geniş oxucu kütləsinin marağına səbəb olan kitaba görə, Presli Riçard Niksona Federal Təhqiqat Bürosu (FTB) agenti olmaq istədiyini söyləyib. 


Təyyarə səfərlərindən birində Kaliforniya senatoru Corc Mörfi ilə qarşılaşan və ona bu istəyindən bəhs edən Elvisə senator prezidentə məktub yazmağı tövsiyyə edir. Müğənni, təyyarədə sərxoş halda prezidentə orfoqrafik səhvlərlə dolu 5 səhifəlik bir məktub yazır. Dərman və narkotik asılısı olduğu bilinməsinə baxmayaraq Presli məktubunda ABŞ-ı narkotikadan qoruyacağını yazıb və Niksondan görüş tələb edib. 1970-ci ilin dekabrında Ağ Evdə prezidentlə görüşən Elvis ABŞ-ı narkotikdən, hippilərdən, kommunistlərdən və İngilis musiqi qrupu "Beatles"dən qoruyacağını söyləyib. Bunun qarşılığında özünə rəsmi FTB agenti kartı verilməsini istəyən sənətçinin bu istəyini Nikson əvvəl qəbul etməsə də, daha sonra Preslinin pərəstişkarlarının təzyiqləri nəticəsində kart müğənniyə təqdim olunur. 


Xatırladaq ki, Elvis Presli 1977-ci ildə hələ 42 yaşında ikən həyatını itirib. 


Sizin Reklam Yeriniz