Əlaqə Arxiv
news Image
2013.08.16
17:04
| A A A
Şou-biznes daha sürətlə məhvə gedir
Cavan Zeynallı: «Artıq bu heç kimi maraqlandırmır ki, şou-biznes bizdə var, ya yoxdur»

Xuraman Şuşalı: "Müğənninin gərək maddi vəsaiti çox olsun ki, o şousundan pul qazana bilsin"

Bugünküşou-biznesin səviyyəsindənciddinarazılıqifadəolunmasıheçkiməsirrdeyil. Əksəriyyətinfikrincəbugedişləşou-biznesin məhvi qaçılmazdır. Məsələyə Mövqe.az-a açıqlamasındamünasibətbildirənmüğənniCavan Zeynallı qeyd edir: "15 ildir deyirlər ki, bizdə şou-biznes yoxdur. Artıq bu heç kimi maraqlandırmır ki, şou-biznes bizdə var, ya yoxdur. Biri deyir biz də şou-biznes var, inkişaf edir, əksəriyyət isə deyir yoxdur. Şou ayrıdır, biznes ayrıdır. Yadımdadır, bir dəfə Zeynəb Xanlarova belə bir söz demişdi ki, bizdə şor biznes var, şou-biznes yoxdur. Mən də o fikirlə tam razıyam. Bilirsiniz, gərək bir 30 il keçsin və bu sənətə yeni nəfəslər gəlsin ki, bizdə normal şou-biznes yarana bilsin. Sadəcə, nəsil dəyişməli və gənclər uğurlu addımlar atmalıdırlar".

Müğənni Xuraman Şuşalı isə bildirir: "Bz də şou-biznes var. Niyə də yoxdur deyək? Sadəcə hər bir şeydə pul olmalıdır ki, o yer inkişaf etsin. Şou-biznesdə pul yoxdur. Müğənninin gərək maddi vəsaiti çox olsun ki, o şousundan pul qazana bilsin. Ancaq bizim müğənnilər toylara getməkdən özlərinə, dincəlməklərinə vaxt ayıra bilmirlər. Buna görə də şou-biznes bu gün bu vəziyyətdədit və belə də olacaq. Əslində, mənim bu suala cavab vermək hüququm çatmır. Çünki mən artıq yalnız qadın məclislərinə və xınayaxdılara gedirəm. Özümü şou-biznesdə saymıram və görmürəm".

Sizin Reklam Yeriniz