news Image
2013.08.19
13:59
| A A A
Ülvira Qarayeva yenidən ANS-ə qayıdıb- Özəl-Yenilənib
Bir müddət əvvəl ANS-dən çıxarıldığı bildirilən aparıcı Ulvira Qarayeva yeni layihəyə başlayır. Bu barədə Mövqe.az-a o özü məlumat verib. Ulvira Qarayeva sentyabrdan efirdə görünəcəyini deyib. Amma bəzi məqamları gizli saxlamağı üstün tutub: "Kanalların birində yeni bir layihə ilə tamaşaçıların görüşünə gələcəm. Əslində həmin verilişin hazırlıq işləri çoxdan başlanılıb. Sosial yönümlü veriliş olacaq. Yaxın 3-4 günə anonslar yayımlanacaq. Sentyabrdan isə veriliş start verəcək. Hələlik telekanalın və verilişin adını açıqlamıram". Ülvira Qarayeva hamını, xüsusilə də onu sevənləri səbirli olmağa çağırıb: Demək istəyirəm ki, səbirli olun, möhtəşəm layihə ilə gəlirəm. Çox az qaldı...".

                          ****


Mövqe.az-a daxil olan məlumata  görə, aparıcı Ülvira Qarayeva  ANS-ə geri dönüb. Bu barədə mövqe.az-a adının açıqlanmasını istəməyən şəxs məlumat verib : "Bəli Ulvira ANS-ə geri dönüb və sosial verliş aparacaq. Bu layihədə o Elçin Əlibəyli ilə birgə çalışacaq. Çəkilişləri də artıq olub". 

Mövqe.az aparıcı Ülvira Qarayeva ilə əlaqə yaratdı. O, bu xəbəri təkzib etmədi : " Mən bu xəbər haqqında şərh vermək istəmirəm. İstəsəz məlumatı olduğu kimi yaza bilərsiniz".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs