Əlaqə Arxiv
news Image
2013.08.20
16:39
| A A A
Azərbaycanl müğənni depressiyaya düşüb-ÖZƏL-VİDEO
Roza Zərgərli məhz bu layihənin ona müxtəlif hisslər yaşadığını qeyd edib. Belə ki, sosial şəbəkənin ən fəal üzvlərindən olan sevimli müğənni Roza Zərgərli facebook səhifəsində layihə haqqında öz fikirlərini bildirib. Roza Zərgərlinin bir neçə dəqiqə bundan öncə yazdığı statusu sizə təqdim edirik: "Son zamanlar məni ən çox düşündürən, ağladan, qanad verən, eyni zamanda bəlkə də qanadlarımı qıran, ondan sonra depressiya yaşadığım bir və hələki son layihə - LARA FABIAN - Mademosielle Zhivago. Baxmayaraq ki bu layihədə Lara Fabian, İqor Krutoy və Alan Badoevin adları gedir... Ancaq ən böyük qəlbi Alan Badoevin işində gördüm, rejissor bəlkədə bütün layihəni hər kəsdən daha çox anlayıb, yaradıb..."


İfaçı hətta depressiyayaya düşmə səbəblərini də qeyd edib: "Depressiyaya düşməyimin səbəbi bəlkə də bu cür layihədə bir sənətçi kimi heç vaxt ola bilməyəcəyimdir. O maddiyyat yoxdur, düzü bu cür layihəni bizdə təqdim etsəm görəsən kimsə anlayarmı? Düzü əyər o maddiyat olsa idi, heç özümdən başqa heç kəs başa düşməsə idi belə yenə də verərdim ) Bu baxımdan Laraya böyük qibtə edirəm".




Sizin Reklam Yeriniz