Əlaqə Arxiv
news Image
2013.08.22
18:32
| A A A
Azərbaycan bölgələrindən uzaq düşən müğənnilərimiz
Mübariz Tağıyev: «Konsert, tədbir ssenari əsnasında qurulur, bu işlər öz-özünə olan şeylər deyil»

Zülfiyyə Xanbabayeva: "Sənətə, sənətçiyə daha çox dəyər verən elə məhz bölgələrdəki  tamaşaçılardır"


Könül Kərimova: "Mən gözləyirəm, bir az sakitlik olsun, ən azı 15 rayonumuzda konsert verim"


Gündüz Cabbarlı: "Müğənni ordan qazanc əldə edə bilmədiyi üçün bu cür konsertlərin keçirilməsində maraqlı olmur"


Bu gün Azərbaycanın müxtəlif bölgələrində koensert proqramları ilə çıxış edən müğənnilərə nadir hallarda rast gəlmək mümkündür. Halbuki, əvvələr tamam fərqli mənzərə müşahidə olunurdu. 

Xalq artisti, tanınmış müğənni Mübariz Tağıyev Mövqe.aza-a açıqlamasında bunun səbəblərindən danıharkən qeyd edib: " Öz hesabına konsert vermək nə bilim… Bir tədbir olmalıdır axı, müğənni gedib bölgələrdə konsert verə bilsin. Konsert, tədbir ssenari əsnasında qurulur, bu işlər öz-özünə olan şeylər deyil. Konsert vermək üçün müxtəlif səbəblər olur - biri gündəmə gəlmək istəyir, digəri gündəmdə qalmaq istəyir. Bir də var ki, təbii öz istəyi ilə gedib konsert vermək. Rayonlarda bəlkə də konsert vermək olar. Ancaq dövlət tədbirləri zamanı səhnələr qurulur, şərait olur. Şəxsi hesaba qaldıqda, konsertlər o cür olmur. Mədəniyyət evlərində də o qədər problem var ki… Qabaqlar administratorlar gedib bu işləri görürdü…". 

Xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva isə qeyd edir: "Bölgələrimizdə konsert vermək üçün  çox gözəl şərait,  rahat məkanlar var. Bu gün də gənclərimiz və ya digər müğənnilər ara-sıra gedib, bölgələrdə konsert verirlər. Əslində, mənim bölgələrdə konsert verməyim təsadüfi deyildi. Düzdür, bölgələrdə silsilə konsert təşkil etməyimdə mənə şirkət də dəstək oldu. Ancaq bu konserti verməkdə məqsədim o idi ki, bölgələrlə paytaxtı ayırmaq olmaz. Əksinə, onu demək istəyirəm ki, bölgələrdəki tamaşaçı daha çox  tələbkardır və mənə elə gəlir ki, onların paytaxt tamaşaçısından daha bir fərqi də ondadır ki, onlar daha çox musiqi duyumu var. Mən bəzi mahnıları repertura salmadım ki, bölgələrdə o tip mahnılar qəbul edilməz. Ancaq o tamaşaçı məndən həmin mahnıları tələb etdi. Əslində, bu məni çox sevindirdi.  Biz bölgələrdə konsert verən zaman 100 nəfərlik bir işçi qüvvəsi ilə ora getdik. Paytaxtda təşkil etdiyim konsertlərimdən 2-3 dəfə daha yaxşı silsilə konsertlər təşkil etdik və çox gözəl qarşılandıq. Deyərdim ki, sənətə, sənətçiyə daha çox dəyər verən elə məhz bölgələrdəki  tamaşaçılardır. Paytaxt tamaşaçıları demək olar hər gün istədikləri müğənni ilə təmasda ola, onu müxtəlif məkanlarda görə bilirlər. Ancaq müğənniyə qarşı olan o sevgini, hörməti mən daha çox bölgələrdə gördüm. Bu dəqiqə mən o konserti silsilə şəkildə etmək istərəm. Ancaq sponsor problemi var. O silsilə konsertlər zamanı  mən şəxsən heç nə qazanmadım. İstiyərəm bundan sonra elə konsertlər olsun ki, bölgələrdə biletlərimiz satılsın, biz də xarici müğənnilər kimi konsertlərdən pul qazana bilək. Ancaq düşünəndə ki, mən bu xalqın nümayəndəsiyəm, artıq madiyyat məni maraqlandırmadı. Ancaq indi deyirlər ki, mən ulduzam, mən birinciyəm, mən müğənniyəm. Mən isə onu bölgələrdəki konsert zamanı hiss etdim. Asan deyil o silsiləni təkrar etmək".

Müğənni Könül Kərimova isə məsələ ilə bağlı aşağıdakıları qeyd edir: "Elə ara-sıra eşidirəm ki, müğənnilərimiz bölgələrdə konsert verir. Maşallah, bayramlar qurtarır ki?.. May ayında elə basırıq olur ki, biz konsertləri bölüşdürə bilmirdik. Mən elə ona görə bölgələrdə  konsert vermədim. Camaatı yormaq olmaz. Konsertlər var. Mən gözləyirəm, bir az sakitlik olsun, ən azı 15 rayonumuzda konsert verim. İndi də prezident seçkiləri ilə əlaqədar ardıcıl  konsertlər olacaq. Ürəyimdən şəxsi konsert vermək keçsə də, amma hələ ki, gözləyirəm.  Qışda da bölgələrdə konsert verə bilmirik.  Qapalı məkanlar və ya yaydakı kimi uyumlu şərait olmur. Konsert üçün yay, yaz aylarını gözləməli oluruq. Açıq havada konsert olmayanda, mədəniyyət evləri də kiçik olduğundan hamı gələ bilmir. Və bu cür müxtəlif səbəblər olur ki, bölgələrdə  konsertlər baş tutmur". 

Təşkilatçı Gündüz Cabbarlının mövqeyi isə belədir: "Bölgələrmizdə insanların sosial həyat səviyyəsi Bakıdan aşağıdır. Rayonlarda keçirilən konsertlərin çoxu pulsuz keçirilir. Müğənni ordan qazanc əldə edə bilmədiyi üçün bu cür konsertlərin keçirilməsində maraqlı olmur.  Bakıda isə əyləncə mərkəzlərində, konsert salonlarında, saraylarda  təşkilatçılarla razılaşma yolu ilə konsertlər təşkil olunur. Bu cür konsertlərdə təbii ki, biletlər satıldığı üçün qazanc əldə etmək olur. Konkret olaraq rayonlarda konsert təşkil etməyin sənətçilərə maddi sərfiyyat olmadığı üçün sərf etmir. Bölgələrdə konsert vermək problemli və xərc tələb edən bir işdir. Bölgələrdə lazımı şərait, qapalı məkanlar yox dərəcəsindədir. Ancaq bu gün bölgələrdə sosial və mədəni həyatın irəli getməsi,  inkişafı üçün mütləq konsertlər və bu kimi lazımlə tədbirlər təşkil olunmalıdır".




Sizin Reklam Yeriniz