Əlaqə Arxiv
news Image
2013.08.23
13:09
| A A A
Azərbaycanlı rəqqas çox bahalı kostyumda ispan rəqsi oynadı-FOTOLAR

Məşhur azərbaycanlı rəqqas İlham Kərimli yeni rəqs nömrəsini təqdim edib. Rəqqas  Mövqe.az-a açıqlamasında, "Teador" ispan rəqsini ifa etdiyini bildirdi: "Xarakterik rəqsdir. İspanlarin sevimli döyüş növü olan öküz döyüsündən təsinlənərək yaradılan rəqs hərəkətlərindən ibarətdir."


Xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyi rəqsi İlham Kərimli matador kostyumda ifa edib. Rəqqas xüsusi olaraq "Teodor" rəqsi üçün hazırlandığı bu kostyumun əl işi olduğunu və rəqs kostyumları içində ən bahalı olduğunu deyib. İlham Kərimli üzəri əl işləmələrindən ibarət kostyumun qiymətini açıqlamaq istəmədi.

Sizin Reklam Yeriniz