news Image
2013.08.23
17:18
| A A A
Jennifer Lopezə şok ittiham

Movqe.Az xəbər verir ki, ABŞlı məşhur müğənni Jennifer Lopezin Nyu Yorkun tətil diyarı Hamptonsdakı malikanəsinə girən bir pərəstişkarı 6 gün müddətində heç kimə görünmədən malikanədə qalıb. 49 yaşındakı John Dubis, Avqust ayının əvvəlində Lopezin malikanəsində üzmə hovuzunun yanında olan kiçik bir binaya girib.

Lopezin meneceri, Dubisin evdə qaldığı müddətdə malikanədə kimsənin olmadığını deyib.  Jennifer Lopez, Mart ayında, anasını narahat etdiyi səbəbiylə Dubis haqqında məhkəmədən uzaqlaşdırma əmri çıxartmışdı. Nyu York Postun xəbərinə görə, hadisənin ortaya çıxmasından sonra nəzarətə alınan Dubis, polislərə Jennifer Lopezlə əlaqəsindən bir uşağı olduğunu və Lopezin malikanədə qalmaq üçün ona icazə verdiyini söyləyib. Evdə qaldığı müddətdə sosial media saytlarında David A. Lopez adıyla bir hesab açan Dubis, yenə bu saytlar üzərindən evdə çəkdiyi fotoşəkilləri paylaşıb. ABŞ mediasında çıxan xəbərlərə görə, John Dubis malikanənin bağçasını də təmizləyib. Lopez tərəfindən polisə verilən şikayət ərizəsində Dubisin evdə qaldığı sırada "əxlaqdan kənar hərəkətlərə" də yer verildiyi deyilib. Oğurluq kimi ittihamlarla nəzarətə alınan Dubis, günahsız olduğunu söyləyib və 100,000 dollar pul cəzası ilə sərbəst buraxılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs